Bakıda “Plov festivalı” keçirilib

bakida plov festivali kecirilib

Azərbaycan paytaxtında “Plov festivalı” keçirilib.

 

APA-nın məlumatına görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, turizm şirkətlərinin təmsilçiləri və başqaları iştirak edib. 
 
Nazir bildirib ki, təkcə Bakıda yox, regionlarda da müxtəlif tədbirlər və festivallar keçirilir: “Azərbaycanda turizmin inkişafında ən vacib sahə bizim mətbəximizdir. Ona görə bu festivalda hər region özünün dəyərli töhfələrini nümayiş etdirir. Bu cür festivalların təşkil olunması eyni zamanda ənənələrin gənclər arasında təbliğ olunmasına, qorunub saxlanılmasına təkan verir. Bizim mətbəx mədəniyyətimiz böyük tarixə malikdir. Bu gün turizmin inkişafı proqramları çərçivəsində Azərbaycan mətbəxi olduqca böyük rola malik olmalıdır. Bu festivallar eyni zamanda xarici qonaqlar üçün də maraqlı olur. Plov festivalının keçirilməsi təkcə mədəni tədbir deyil, eyni zamanda bizim mədəni zənginliyimizdən xəbər verir. Bu festival gələcəkdə daha geniş məkanlarda təşkil olunacaq”. 
 
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrində bişirilən plov nümunələri təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib. 
 
Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və başqa mətbəx nümunələri təqdim olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ