Berndə Xocalıya həsr olunmuş musiqili xatirə gecəsi keçirilib

İsveçrənin paytaxtı Bern şəhərində “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində 1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunmuş musiqili xatirə gecəsi keçirilib. 

 
Azərbaycan Avropa Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət!” kampaniyası haqqında məlumat verib.

 

Səfir bildirib ki, kampaniyanın uğurlu nəticəsi olaraq dünyanın bir çox parlamentləri Xocalı qırğınını müharibə cinayət kimi tanıyıb. O, İsveç parlamentarilərini də bu addımı atmağa çağırıb. 
 

Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter isə qeyd edib ki, bu tədbir insana müharibənin – xüsusilə mərkəzində olan mülki vətəndaşlar üçün dəhşətli nəticələri ola biləcəyini xatırlamağa yardım edir: “Xocalıda və regionun digər yerlərində qırğınlar törətmiş şəxslərin kimliyi hamıya məlumdur. Tədbirin məqsədi bu şəxsləri məsuliyyətə cəlb edilməsi üzrə beynəlxalq kampaniyanın coğrafiyasını genişləndirməkdir”.
 

Xatirə gecəsi “Rhein-Quartett” adlı kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməsi ilə davam edib. Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad bir quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib. 
 

Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə başa çatıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir. 

 

“Mən nə siyasətçi, nə də diplomatam. Mən sözlə ifadə oluna bilməyənləri musiqi ilə ifadə etməyə çalışıram. Ümidvaram ki, sülh bərqərar olacaq. Bu əsəri yazdıqda, sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və bu faciəli səhifəni musiqi vasitəsilə ifadə edirdim”, - deyə P. Tilloy bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ