Bəstəkarlar arasında romans janrı üzrə müsabiqə elan edilib

bestekarlar arasinda romans janri uzre musabiqe elan edilib

“Mədəniyyət” telekanalının və Azərbaycan radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsi elan edilir.

 

APA-nın xəbərinə görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyinin istedadı və bacarığını böyük kütləyə nümayiş etdirməkdir. Müsabiqənin keçirilməsi romans janrının bugünkü nəslə təbliğinə kömək edəcək.  
 
Azərbaycan musiqi səltənətində xüsusi rolu olan romans janrının əsası Asəf Zeynallının “Ölkəm” romansı ilə qoyulub. Daha sonra bu ənənələr Azərbaycanın müxtəlif bəstəkarlarının ifasında geniş kütləyə çatdırılıb. Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları, Süleyman Ələsgərovun “Vətənimdir”, Oqtay Zülfüqarovun “Yad eylərəm” və digər romanslar Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyasında tətbiq olunur. Bu gün yeni romansların yazılması arzuolunan bir məsələdir. Bu səbəbdən də “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun təşəbbüsü ilə müsabiqənin keçirilməsi məqsədəuyğun hesab edilib.
 

 

Müsabiqədə iştirak etmək istəyənlər romans janrında yazılan əsərin notunu və rəqəmsal formatda, müğənninin ifasını iyunun 30-na kimi medeniyyettv@aztv.az ünvana göndərməlidir. Ümumi nəticələr əldə olunduqdan sonra I, II və III yerlərin qalibi müəyyənləşəcək və qaliblərə müvafiq pul mükafatı veriləcək. Əsərlərdə müasirlik, ideologiya və mənəvi ruh göstərilməlidir. Bəstəkarlar klassik nəzm nümunələri ilə bərabər, gənc şairlərin də şeirlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan radiosunun təşkilatçılığı ilə elan edilən müsabiqəyə informasiya dəstəyi verənlər arasında APA, APA TV, "Lent.az" və "Vesti.az" da var. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ