Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Ümumdünya Konfransı keçiriləcək

bakida beynelxalq musiqi tehsili cemiyyetinin umumdunya konfransi kecirilecek

Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyulda Bakı şəhərində keçirilməsi qərara alınıb.

 

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Bakı şəhərinin Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

 

Ümumdünya Konfransının açılış mərasimi 16 iyul saat 18.00-da Heydər Əliyev Sarayında, bağlanış mərasimi 20 iyul saat 16.00-da  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Opera zalı) baş tutacaq.

 

17 iyul saat 12.00-da  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Opera zalı) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun çıxışı nəzərdə tutulub.

 

Konfrans çərçivəsində - 17 iyul saat 13.30-da Azərbaycan Milli Konservatoriyasında (Konsert zalı) “Turkic Session” adlı xüsusi tədbir də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267