Birgə Azərbaycan-İran filmi çəkiləcək

birge azerbaycan iran filmi cekilecek

"İran Mədəniyyət Günləri çərçivəsində ilk dəfə olaraq müştərək İran-Azərbaycan filminin çəkilişinə start veriləcək". 


APA-nın xəbərinə görə, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi keçirdiyi mətbuat konfransında deyib. 

İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığa toxunan Ə. Farsi bildirib ki, ekran əsərinin bir hissəsi Bakıda - İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək: "Kino eşq mövzusunda olacaq”.

Ə. Farsi qeyd edib ki, Azərbaycan  müstəqil olduqdan sonra ölkələr arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələr günbəgün inkişaf edir: “Bunun səbəbi bu iki xalqın bir-birinə bağlılığıdır. Ölkələr arasındakı sərhədlər xalqları bir-birindən ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin inkişafı sahəsində mühüm addımlar atır". 

Tələbə mübadiləsinə toxunan İran Mədəniyyət Mərkəzinin direktoru bildirib ki, indi 2 minə yaxın iranlı tələbə Azərbaycanda təhsil alır. Azərbaycanlı tələbələr də İranın müxtəlif universitetlərində oxuyurlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268