BMT baş katibinin nümayəndəsi: “Azərbaycanı mühüm tərəfdaş kimi görürük "

bmt bas katibinin numayendesi azerbaycani muhum terefdas kimi goruruk

”Bakı prosesi bir platformaya çevrilib”.
 
APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib. O deyib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün səylər birləşdirilməlidir:

 

BMT baş katibi də sülhlə bağlı çağırışlara önəm verir. Biz hamımız əməkdaşlıq edərək, hədəf və məqsədlərə nail olmalıyıq. Biz hərbi münaqişələrin qarşısını almalıyıq. İnsan hüquqlarının qorunması önəmlidir. Mədəniyyətlərarası dialoqdan münaqişələrin qarşısının alınması, barışıq vasitəsi kimi istifadə etməliyik. Bakı prosesinin də əsas məqsədi dayanıqlı inkişaf və dialoqu dünyada təbliğ etməkdir. BMT dinlərarası və mədəniyyətlərarası dialoqu radikalizmə qarşı təsirli bir vasitə kimi görür”.

 

Əbdüləziz Əl-Nasser bildirib ki, Sivilizasiya Alyansı vətəndaş cəmiyyətlərinə, dini liderlərə, qadın və gənclərə xitab edərək, ekstremizmə və terrorizmə qarşı mübarizə aparmağı zəruri sayır: “Gəlin, unutmayaq ki, bu gün üzləşdiyimiz çağırışlar dindən müəyyən qrupların manipulyasiya üçün istifadə etməsi ilə əlaqədardır. Unutmayaq ki, sülhün bərqərar olması üçün bəşəri həmrəylik vacibdir. Yeni hədəf və nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına daha çox diqqət yetirməliyik. Biz bilməliyik ki, tərəqqi insanlar, dinlər və mədəniyyətlər arasında inteqrasiya ilə əldə oluna bilər. Ekstremistlər bizim dəyərlərimizi aşağılamağa çalışırlar. Bu hədəflərə nail olmaq üçün Azərbaycanı mühüm tərəfdaş kimi görürük. Dünya o zaman sülh və əmin-amanlıq şəraitdə yaşayacaq ki, insanlar gündəlik həyatlarında təhlükəsiz yaşayacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ