Dahi bəstəkar Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda görkəmli bəstəkar Fikrət Əmirovun (1922-1984) əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Konsulluqdan APA-ya bildirilib ki, Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə bağlı Baş Konsulluğun silsilə tədbirləri çərçivəsində keçirilən musiqi gecəsi, Los Ancelesin tanınmış Cedars-Sinai Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən, həkim və səhiyyə xadimlərini özündə birləşdirən "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyəti ilə birgə təşkil olunub. 

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev F. Əmirovun həm Azərbaycan, həm də dünya musiqisinə əvəzsiz töhfələr verdiyini və öz musiqi məktəbini quraraq, sonrakı nəsillərə böyük bir miras qoyub getdiyini bildirib. Diplomat, 2017-ci ilin F.Əmirovun anadan olmasının 95 illiyinə təsadüf etdiyini vurğulayaraq, bəstəkarın həyat və yaradıcılığı barədə qonaqları məlumatlandırıb.

 

Baş konsul 1959-cu ildə Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında SSRİ-dən ABŞ-a ezam edilmiş, Sovet klassik musiqisini təmsil edən dörd bəstəkardan birinin F.Əmirov olduğunu bildirib.
 
Daha sonra "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Cəmiyyətin İdarə Heyətinin üzvü Esfir Blauqrund çıxış edərək, F. Əmirovun zəngin musiqi irsinin olduğunu, onun yalnız Azərbaycan musiqisinə deyil, dünya xalqlarının musiqi xəzinəsinə də böyük töhfələr verdiyini bildiriblər.

 

Çıxışlardan sonra bəstəkarın "Min Bir Gecə" baletinin video-nümayişi keçirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amea nin umumi yigincagi kecirilir yenilenib
    AMEA-nın ümumi yığıncağı keçirilir - YENİLƏNİB
  • mn ermenistan osa zenit raket kompleksinden istifade edib
    MN: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib...
mn ermenistan osa zenit raket kompleksinden istifade edib mn ermenistan osa zenit raket kompleksinden istifade edib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ