Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib

ebulfes qarayev iranin medeniyyet ve islami irsad nazirini qebul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, Ə. Qarayev Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğulayıb.

 

Nazir Ə. Qarayev Azərbaycanın İranla mədəni əlaqələri genişləndirmək fikrində olduğunu qeyd edib: “Düşünürəm ki, mədəniyyət günləri çərçivəsində hər iki ölkənin mədəniyyət sahəsində çalışan rəsmilərinin görüşləri öz bəhrəsini verəcək”.

 

Azərbaycanda İran Mədəniyyət Mərkəzinin müsbət fəaliyyətindən razılığını ifadə edən nazir qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

 

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin çox uğurla keçirildiyini və ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını bildirib: “Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlərimiz arasında imzalanan sazişlər göstərir ki, ikitərəfli əlaqələr üçün yetərincə hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə geniş imkanlar yaradır. Həm tarixi, həm də mədəni irsimizin yaxınlığı, eyni zamanda sadaladığım məqamları nəzərə alaraq hər iki ölkənin mədəniyyət nazirləri olaraq biz bu fürsətləri yetərincə dəyərləndirməli, əlaqələrin davamlı və əhatəli olması üçün bacardığımız qədər imkanlardan istifadə etməliyik”.

 

Görüş iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267