Sumqayıt sakinləri şəhərdə "Qutab festivalı"nın keçirilməsini xahiş ediblər

sumqayit sakinleri seherde qutab festivali nin kecirilmesini xahis edibler

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbula Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından olan vətəndaşlar qatılıb.

 

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Sumqayıt sakinləri tərəfindən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının əsərlərinin qarşılıqlı sərgilərinin, Sumqayıtda caz musiqi festivalının keçirilməsi, yerli rəssamların planerinin, şəhərdə beynəlxalq “Qutab festivalı”nın təşkili ilə bağlı təklif və təşəbbüslər diqqətə çatdırılıb, şəhərdəki musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsi xahiş edilib.

 

Nazir bildirib ki, hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təklif və təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ