Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşüb

ebulfes qarayev yaponiya sefiri ile gorusub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.

 

İki ölkə arasında  sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. O, ölkəmizdə fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.

 

Ə. Qarayev lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə Yaponiya rəsmilərinə ünvanlanmış dəvət məktublarını səfirə təqdim edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ