Elbəy Qasımzadə: "Təklif edirlər ki, Müşfiqin abidəsini böyük meydanda qoyaq"

elbey qasimzade teklif edirler ki musfiqin abidesini boyuk meydanda qoyaq

“Layihədə abadlıq işlərinin görülməsi, Mikayıl Müşfiqin abidəsinin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə deyib.

 

O bildirib ki, şairin abidəsi müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyatı dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, yol tikintisi aparılır. Bu, vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun layihəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu, ola bilməz. Abidənin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”. 

 

Qeyd edək ki, Mikayıl Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan abidəsinin müəllifi əməkdar rəssam Münəvvər Rzayevadır.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ