Gənc Tamaşaçılar Teatrının direktoru dəyişib

genc tamasacilar teatrinin direktoru deyisib

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru təyin edilib.

 

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N. İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor işləyib. 1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N. İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri vəzifələrini icra edib. N. İsmayılzadə 2018-ci il iyun  ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Prezidentin sərəncamı ilə N. İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 
Nazirlikdən əlavə edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267