İsveçrəli pianoçu Bakıda konsert verəcək

isvecreli pianocu bakida konsert verecek

İsveçrəli bugi-vugi və blüz ifaçısı, pianoçu Silvan Zingg Bakıda konsert verəcək.
 
APA-nın xəbərinə görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler deyib. O bildirib ki, konsert yanvarın 27-də Bakı Beynəlxalq Muğam Mərkəzində, yanvarın 28-də isə "Landmark" otel və biznes mərkəzində təşkil olunacaq.
 
Diplomat qeyd edib ki, Silvan Zingg bugi-vugi və blüz  janrında ifa edən ən istedadlı pianoçudur: "Onun repertuarına 500-dən çox kompozisiya daxildir. Ən populyar hiti olan "Dancing The Boogie" musiqisi "YouTube"da 8,1 milyondan çox izlənilib".

 

F. Stadler bu il Azərbaycanda başqa mədəniyyət tədbirləri həyata keçirməyi planlaşdırdıqlarını da söyləyib. O qeyd edib ki, mart ayında Bakıda İsveçrə qış turizmi ilə bağlı posterlərin sərgisi keçiriləcək. Bundan başqa, Bakı və Gəncədə film nümayişləri olacaq. Yaz aylarında Gəncədə digər səfirliklərlə birgə fotosərginin təşkili də nəzərdə tutulur. Səfirin sözlərinə görə, son illər Azərbaycanda turizm yaxşı inkişaf edir və iki ölkə arasında birbaşa uçuşların olması əlaqələrin inkişafına daha da kömək edə bilər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027