Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb

medeniyyet naziri qebelede vetendaslarla gorusub

Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşlarla görüşüb.

 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

 

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq evinin dam örtüyünün təmir olunması və başqa məsələlər barədə olub.

 

Qəbələdən qəbula yazılan vətəndaşlar Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət məktəbində skripka sinfinin açılmasını təklif ediblər.

 

Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

 

Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət ediblər.

 

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267