Nazirlik Ermənistan mətbuatının lavaşla bağlı yazdıqlarına münasibət bildirib

nazirlik ermenistan metbuatinin lavasla bagli yazdiqlarina munasibet bildirib

“Lavaş çörək bişirmə ənənəsinin "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin uğuruna kölgə salmaq məqsədilə Ermənistan mətbuatında bu ölkənin rəsmiləri tərəfindən provokativ məlumat yayılıb”.

 

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib. Şöbə müdirinin sözlərinə görə, Ermənistan mediası və rəsmilərinin iddiaları tam əsassızdır: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ildə Ermənistanın lavaşı mənimsəməsi cəhdi ilə bağlı yaranmış vəziyyətə dair mətbuat konfransında UNESCO-nun qərarını şərh edəndə demişdi ki, biz Ermənistanın davranışlarına elə cavab verəcəyik ki, onlardan fərqli olaraq bütün dünya bizim çörəkbişirmə mədəniyyətimizin, lavaşın, daha dəqiq desək, çörəyimizin hamı ilə necə bölüşdüyümüzün, paylaşdığımızın şahidi olacaq. Əminliklə deyə bilərəm ki, iki il ərzində cəmiyyətimizdə olan narahatlıq artıq aradan qalxdı və ədalət öz yerini tapdı. Lavaşla bağlı sənədin Azərbaycanın təşəbbüsü ilə 5 ölkə tərəfindən birgə verilməsi və nominasiyanın paylaşılan mədəniyyət ruhunda olduğunu, eləcə də Ermənistanın komitə üzvü kimi istənilən həqiqəti yanlış şərh edərək təqdim edəcəyi, bu birgə faylda tərəfdaş olan bəzi ölkələrin xahişini, ümumiyyətlə, çoxtərəfli müzakirə prosesinin həssaslığını nəzərə alaraq açıqlamadıq. Ancaq biz gördük ki, iclasdakı qeyri-konstruktiv mövqeyinə və bizim nominasiya sənədimizlə bağlı tutduğu mövqeyə görə heç bir komitə üzvündən dəstək ala bilməyən Ermənistan tərəfi öz ictimaiyyətinə baş verənləri yanlış şərh etməklə sessiya zamanı əldə edə bilmədiklərinə bəraət qazandırmağa çalışır”.

 

Şöbə müdiri Ermənistan mediasının yaydığı məlumatla bağlı bəzi məsələlərə aydınlıq gətirib: “UNESCO hökumətlərarası komitəsinin tarixində ilk hadisə idi ki, qiymətləndirici orqan tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan və müvafiq siyahıya daxil edilməsi üçün tövsiyə olunan nominasiyaya Ermənistan düzəliş təklif etdi. Təbii ki, bu, qeyri-konstruktiv addım idi. Lakin komitənin digər üzvləri Azərbaycanın təşəbbüsü ilə digər ölkələrlə birgə təqdim edilən nominasiya faylında hər hansı bir problem görmədiklərini, nominasiya sənədinin və çörəkbişirmə ənənəsinin ruhunun UNESCO-nun, Qeyri-maddi mədəni irs üzrə Konvensiyanın və beynəlxalq hüququn prinsiplərinə tam cavab verdiyini açıq şəkildə bildirdilər. Azərbaycanın və digər ölkələrin mövqeyinin həmin təkliflərdən biri istisna olmaqla, digərlərinin qəbul edilməz olduğunu hamı başa düşürdü. Çünki Ermənistan tərəfi faylın adının dəyişdirilməsini təklif etdi. Azərbaycan və digər tərəfdaş ölkələr konstruktivlik naminə yalnız lavaşın digər regionlarda da olması təklifini qəbul etdiklərini ifadə etdilər. Uzun müzakirələrdən sonra UNESCO katibliyinin vasitəçiliyi ilə bildirdik ki, maksimum biz Ermənistanın bütün təkliflərinin çıxarılması və yalnız 2014-cü ildə qəbul edilmiş qərarın nömrəsinin qeyd edilməsi ilə razılaşa bilərik. 2014-cü ildə Ermənistan tərəfindən UNESCO-ya təqdim edilən Lavaş faylı ilə bağlı qəbul edilmiş qərardan Ermənistan tərəfi heç vaxt məmnun olmayıb və həmin qərarda lavaşın erməniləşdirilməsi və milliləşdirilməsinin qarşısının alınması üçün həm qiymətləndirmə orqanının, həm də Azərbaycan və Türkiyənin səyləri nəticəsində çox mühüm bəndlər və ifadələr yer alır. Erməni tərəfi bu qərarın təfərrüatlarını öz ictimaiyyətinə açıqlamaqdan çəkinib və onu yanlış şərh edib. Ermənistan həm davranışları, həm qaldırdığı məsələlərlə şovinizmə, irq, dini, etnik ayrı-seçkiliyə, region xalqlarının minilliklər boyu yaratdığı, yaşatdığı mədəni irs nümunələrini, tarixini saxtalaşdıraraq özünüküləşdirməyə əsaslandığını göstərməkdə davam edir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ