Mədəniyyətlərarası dialoqda parlamentlərin rolu müzakirə edilib

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib.

 

APA-nın məlumatına görə, panelin moderatoru Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov olub.

 

S. Seyidov deyib ki, dünyanın bu ağır dövründə, problemlərin genişləndiyi bir vaxtda problemlərə yeni yanaşma vacibdir: “Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz nə edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq”.

 

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd bildirib ki, ölkəsi Afrika və ərəb mədəniyyətinin qovşağıdır: “Biz sabitlik adasına çevrilmişik. Mədəniyyətlərarası dialoq bizim gündəlik fəaliyyətimizin ayrılmaz bir hissəsidir. Parlamentlər mədəniyyətlərarası dialoqun bərqərar olmasında əvəzsiz rol oynaya bilər. Biz təmsil etdiyimiz xalqların baxışlarını nəzərə alaraq, ən mütərəqqi ideyalardan istifadə edərək mədəniyyətlərarası dialoqu təmin etməliyik”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa töhfələrindən danışıb.

 

Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, Roma İmperiyası ilk qloballaşmış cəmiyyət olub, müxtəlif dinlər, xalqlar birgə yaşayıb: “Dinlər, xalqlar müxtəlif olsa da, onları birləşdirən qədim Roma qanunları idi. Demokratiya bu istiqamətdə ikinci əsas prinsipdir. Başqa sözlə, demokratiya pis variantlar arasında nisbətən yaxşı olan seçimdir. Parlamentdə qəbul olunan qanunların tətbiqi, dövlətlər arasında imzalanan sazişlərin həyata keçirilməsi vacibdir. Parlamentlər mədəniyyətlərarası əlaqələrin qurulmasında iştirak edir. Məsələn, Çexiya parlamentinin Azərbaycan parlamenti ilə əlaqəsi var. Mədəniyyətlərdə bizi birləşdirən dəyərləri axtarmalıyıq. Biz bir-birimizdən çoxlu şeylər öyrənə bilərik. Qloballaşma nəticəsində udan və uduzan olmamalıdır. Yerli mədəniyyət meqamədəniyyətlə zənginləşməlidir. Qloballaşmanın ağlabatan şəkildə tənzimlənməsinə böyük ehtiyac var. Beynəlxalq münasibətlərdə azadlıqlar hamıya eyni səviyyədə şamil olunmalıdır. Ancaq mən hansısa ənənələrin başqa cəmiyyətlərə qəbul etdirilməsinin tərəfdarı deyiləm. Körpüləri yandırmaqdan onları tikmək daha yaxşıdır. Biz məsuliyyət və qarşılıqlı ehtiramla mədəniyyətlərarası dialoqu yarada bilərik”.

 

Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi deyib ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə də təsir göstərir: ”Müxtəlif mədəniyyətlər və xalqlar arasında birlik, vəhdət hissinin yaradılması çox vacibdir. Müxtəlif ölkələrin parlamentlərinin üzvləri ilk növbədə öz aralarında münasibətlər qurmaqla mədəniyyətlərarası dialoqa töhfə verə bilər. Azadlığın, tolerantlığın, mədəniyyətlər və dinlərarası dialoqun təmin olunmasına çalışmalıyıq”.

 

Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur Böyük Britaniyanın Azərbaycandakı əsas sərmayədarlardan biri olduğunu xatırladıb: “Biz mədəniyyətlər arasında körpüləri tikirik. Parlamentlər bu körpülərin inşasında əsas rol oynamalıdır. Dialoqlar problemi həll etməsə də, eskalasiyanın, zorakı hərəkətlərin qarşısını ala bilər. Mən Azərbaycan prezidenti İlham Əliyevə Forumun açılışında çıxışına görə təşəkkür edirəm. Prezident İlham Əliyev sanki bizim fikirlərimizi oxuyub”.

 

ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer vurğulayıb ki, harada baş verməyindən asılı olmayaraq, ədalətsizlik hər kəsin narazılığına səbəb olmalıdır: “Təəssüf ki, ABŞ-da islamofobiya baş alıb gedir, məscidlərə hücumlar artır. Bundan ən çox narahat olanlar Konqresin yəhudi nümayəndələridir. Yəhudi konqresmenlər ABŞ-dakı müsəlmanların qayğılarını çəkir. Çünki bilirik ki, ABŞ müsəlmanlarının missiyası biz yəhudilərin missiyasıdır. ABŞ prezidenti müsəlman miqrantlara qarşı qadağa qoymaq istəyir. Buna qarşı ilk növbədə çıxanlar yəhudi konqresmenlərdir. Konqresdə 45 konqresmen var. Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər və etiqadlararası münasibətlərin gözəl nümunəsidir. Mən bunu ABŞ-da təbliğ edən bir insanam. Azərbaycan bu sahədə nümunəvi bir ölkədir. Biz amerikalılar üçün Azərbaycan sivilizasiyasını kəşf etməyə çalışırıq. Azərbaycan, prezident İlham Əliyev, xalqınız tolerantlıq, dözümlülük baxımından dünya üçün bir nümunəyə çevrilib”.

 

Panel müzakirələrlə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ