“Mədəniyyətlərarası dialoqun təşviqində innovativ yanaşmaların təbliği” mövzusunda panel keçirilib

medeniyyetlerarasi dialoqun tesviqinde innovativ yanasmalarin tebligi movzusunda panel kecirilib

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun təşviqində innovativ yanaşmaların təbliği” mövzusunda panel keçirilib.

 

APA-nın məlumatına görə, BMT-nin Sivilizasiya Alyansının proqramlaşdırma koordinatoru Alessandro Girola ekstremizm və radikallığın qarşısının alınmasının yalnız innovativ yanaşmaların və mədəniyyətlərarası dialoqun təşviqi ilə mümkün olduğunu deyib.

 

“Red Dot" Fondunun icraçı direktoru Elza Mari de Silva dünyanın 15 faiz əhalinin şəxsi təhlükəsizliyə nail ola bilmədiyini, cinsi zorakılıq qurbanlarına treninqlər keçirilməli olduğunu vurğulayıb.

 

İsrailin “Unistream” təşkilatının marketinq və biznes əməkdaşlığı üzrə direktoru Naama Markoviç ölkəsində 14 yaşından yeniyetmələrin biznes şirkətləri və ali məktəblərlə əlaqələndirdiyini söyləyib: “Əsas məqsəd İsraildə insanlar arasında dialoqu təmin etməkdir. Biz məktəb yaşından insanları sahibkarlığa öyrəşdiririk. Yəhudi, ərəb və ultra ortodokslar arasında sosial təşəbbüslərə üstünlük verməklə, onlara bilikləri aşılayırıq, onların bacarıqlarını kəşf edirik, zəruri biliklərə yiyələndiririk”.

 

“Welcoming America” təşkilatının vitse-prezidenti Manvaş Hassan qeyd edib ki, təşkilatı ABŞ-a qaçqınların cəlb edilməsi ilə məşğul olur. Hazırda Avropa və Avstraliyada da fəaliyyət göstərdiklərini deyən M. Hassanın sözlərinə görə, insanların təkcə adaptasiya olması yox, uğur qazanması da vacibdir.

 

“Give something back to Berlin” layihəsinin təsisçisi Annamaria Olsson Almaniyada yeni gələn qaçqınların yerli icmalarla qarşılıqlı əlaqələrinin yaradılmasının əsas amillərdən biri olduğunu bildirib. O, hazırda 60-a yaxın xalqın nümayəndələrinin layihədə iştirak etdiyini, bu işdə könüllülərin işinin əvəzolunmaz olduğunu vurğulayıb: “İlk olaraq onlayn platforma yaradılır. Əsas məqsəd miqrantın bilik və enerjisini yerli icma ilə əlaqələndirməkdir. Əlaqələndirmə məsələsində il ərzində 14 min könüllü ilə əlaqə saxlanılır”.

 

Sonra panel iştirakçıları suallara cavab veriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ