Mehriban Əliyeva “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışında iştirak edib

Martın 17-də Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər. Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

 

Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi “Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski birinci vitse-prezident xanım Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirib, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğulayıb, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Sonra “Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Аyzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Macarıstanın birinci xanımı Aniko Levai sərginin rəmzi açılışını bildirən lenti kəsiblər. Dünyanın bir çox muzeylərində rəsmləri qorunan Ferents Аyzenhut əsərlərinin bədii səviyyəsinə görə hələ sağlığında bir çox dövlət mükafatlarına layiq görülüb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Аyzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilir.

 

Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida universitet binasinda yangin baslayib
    Bakıda universitet binasında yanğın başlayıb
  • neft 1 dollardan artiq ucuzlasib
    Neft 1 dollardan artıq ucuzlaşıb
neft 1 dollardan artiq ucuzlasib neft 1 dollardan artiq ucuzlasib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ