Milli film istehsalçıları idxal olunacaq texniki avadanlıqlara görə gömrük rüsumu və vergidən azad edilir

milli film istehsalcilari idxal olunacaq texniki avadanliqlara gore gomruk rusumu ve vergiden azad edilir

Azərbaycanda kino çəkilişi üçün idxal olunacaq texniki avadanlıqlar və digər ləvazimatlar gömrük rüsumlarından və vergilərdən azad edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. “Gömrük tarifi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 20.0.20 maddəsinə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad edilir.

 

Vergi Məcəlləsinə əlavəsi planlaşdırılan 106.1.18-ci maddəyə görə, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.  
 

 

164.1.36-cı milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ