Nazir: "Gələn il Azərbaycan iranlı turistlər üçün cəlbedici ölkə olacaq"

nazir gelen il azerbaycan iranli turistler ucun celbedici olke olacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezini qəbul edib.

 

Ə. Qarayev bildirib ki, ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

 

Nazir ölkəyə gələn turistlərin arasında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərlərinin əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb: “Gələn il həm Novruz bayramı ərəfəsində, həm də sonrakı dövrlərdə Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir. Eyni zamanda keçirəcəyimiz “shopping festival”ları da İrandan gələcək turistlər üçün maraqlı ola bilər”.

 

Ə. Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır. 

 

Mahmud Vaezi iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.  

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ