Gələn il İranda və Azərbaycanda qarışılıqlı mədəniyyət günləri keçiriləcək

gelen il iranda ve azerbaycanda qarisiliqli medeniyyet gunleri kecirilecek

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüb.

 

Mədəniyyət bə Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev Azərbaycanla İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir: “Ölkələrimiz arasında münasibətlər qədim tarixə dayanır. Hər iki ölkə ortaq mədəni dəyərləri paylaşır. Düşünürəm ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var”.

 

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün həyata keçirilən işlər haqqında məlumat verib. O əlavə edib ki, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

 

Nazir 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin də keçiriləcəyini qeyd edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socar in terefdasi ukraynanin bas nazirine muraciet edib
    SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib...
  • bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib
    Bakının daha bir küçəsində yol hərəkətində dəyişiklik edilib...
bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ