Nazir: "İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır"

nazir isgal olunmus erazilerde medeni abidelerle bagli veziyyet cox acinacaqlidir

“Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, nazirlik bununla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət edib: “Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”.

 

Nazir qeyd edib ki, işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272