Nazir müavini: "Azərbaycan bütün imkanları ilə mədəniyyətlərarası və dinlərarası dialoqa dəstək verir"

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə UNESCO kafedralarının 2-ci akademik forumu başlayıb. 

APA-nın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib ki, Azərbaycan bu foruma böyük önəm verir. O bildirib ki, bu, dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun təhlili baxımından vacibdir: "Azərbaycan prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlər və dinlərarası dialoq təşəbbüsü ilə "Bakı prosesi" başlayıb. "Bakı prosesi" çərçivəsində 2011, 2013 və 2015-ci illərdə ümumdünya mədəniyyətlərarası dialoq forumları keçirilib. Bu forumların iştirakçılarının ümumi sayı 10 min nəfərə yaxın olub. Azərbaycan bütün imkanlarından istifadə edərək, mədəniyyətlərarası və dinlərarası dialoqa dəstək verir. Foruma uğurlar arzulayıram". 

UNESCO-nun İnsan və insan resursları üzrə ümumi direktor köməkçisi Nada Al-Nashif UNESCO kafedralarının 2-ci akademik forumunun ikinci dəfə keçirildiyini və yaradılan bu şəbəkənin önəmli olduğunu qeyd edib: "Yaşadığımız dünyada sosial dəyişikliklər diqqət çəkir. Bu akademik forum müxtəlif mədəniyyətlər arasında dialoqun təşkili çərçivəsinin müəyyənləşdirilməsi üçün önəmlidir. Biz müxtəlifliyi cəmiyyətin gücü kimi görürük". 

Daha sonra tədbir mətbuat üçün qapalı davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ