Nazir: “Musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir”

nazir musiqi mekteblerinin sebekesi daim inkisaf etdirilmelidir

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.

 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak edib.

 

Daha sonra məktəbin nəzdində uşaq estrada və rok estrada sənəti sinifinin yaradılması layihəsi haqqında məlumat diqqətə çatdırılıb, incəsənət məktəblərində kino və bədii qiraət, səhnə danışığı siniflərinin açılması ilə bağlı təkliflər təqdim edilib.

 

Ə. Qarayev musiqi və incəsənət məktəblərinin qarşısında duran məsələlərdən danışıb, Mərkəzi İncəsənət Məktəbinin yeni fikir və yanaşmalar nümayiş etdirən təhsil ocağı olduğunu bildirdib. O vurğulayıb ki, ölkədə fəaliyyət göstərən bütün musiqi və incəsənət məktəbləri bu yenilikləri tətbiq etməyə açıq olmalı, müasir tələblərə cavab verən üsullardan istifadə etməlidirlər.

 

Nazir qeyd edib ki, növbəti tədris ilində bir sıra məktəblərdə müasir təhsil proqramı həyata keçiriləcək: “Klassiklik və ənənə, müasirlik anlayışlı məktəblərdəki bütün sahələri əhatə etməlidir. Musiqi təhsili sahəsində cəmiyyətin tələbatını ödəyə bilən sistem qurulmalıdır. Bakıda və regionlarda fəaliyyət göstərən musiqi məktəbləri bu yeniliklərə dəstək verməli, tədrisi innovativ üsullarla həyata keçirməlidirlər. Bu gün gənc nəslin estetik tərbiyəsinin formalaşmasında, ciddi musiqi və sənət anlamında zövqlərinin düzgün istiqamətləndirilməsində yeni düşüncə oyada biləcək fəaliyyət qurulmalı və bu təcrübə həm paytaxt, həm də region məktəbləri arasında yayılmalıdır. Musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Sabahın musiqiçiləri bu gün yetişməlidir və musiqimizin gələcəyi onların təhsilindən asılıdır. Gənc nəslin musiqi zövqünün düzgün istiqamətləndirilməsi, onların gələcəkdə musiqi mədəniyyətimizə töhfə verməsi üçün müasir və yeni düşüncəli pedaqoqlara ehtiyac var”.

 

İclasda bildirilib ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri musiqimizin keşiyində durmaq, onu yad meyllərdən qorumaqdır.

 

Toplantıda məktəb direktorlarının təklifləri dinlənilib. Nazir bir sıra təkliflərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlər verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268