Nazir: "Musiqi məktəblərində təhsilin keyfiyyətinin artırılmasına nail olmuşuq"

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələrin təqdim olunması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda ümumilikdə 212 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur: “Son dövrdə biz musiqi məktəblərində optimallaşma həyata keçirdik və bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Biz bu işi davam etdirəcəyik. Hiss edirik ki, bu gün müəllimlər öz işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən 2 minə yaxın şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”.

 

Nazir qeyd edib ki, musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir: “Bu gün musiqi və incəsənət məktəblərinin əksəriyyəti ölkə rəhbərliyinin göstərişi ilə təmir olunaraq yeni avadanlıqlarla təmin edilib. Musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı və musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidirlər”. 

 

Daha sonra Əbülfəs Qarayev uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267