Nazirlik Gəncə Filarmoniyasının yeni direktoru haqqında cinayət işinin başlanmasına münasibət bildirib

nazirlik gence filarmoniyasinin yeni direktoru haqqinda cinayet isinin baslanmasina munasibet bildirib

Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib: “Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb”.

 

V. Şixəmmədov əlavə edib ki, hadisəyə hüququ qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək: “Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ