Nyu-Yorkda “Əli və Nino” filminin premyerası keçirilib

Noyabrın 15-də ABŞ-ın Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş eyni adlı filmin premyerası keçirilib. Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan “Sunshine” kinoteatrında təşkil olunub.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikiyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayaraq “Əli və Nino” filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib.

 

Filmdə Əli rolunu canlandıran Adam Bakri nümayişdən öncə çıxış edərək “Əli və Nino”nun fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu söyləyib.

 

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm Azərbaycanın, həm də bölgənin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında filmin hazırlanmasında xüsusi əməyi və töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlığını ifadə edib.
 

“Əli və Nino” izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını deyiblər.  
 

“Əli və Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ