Parisdə “Bakı Prosesi”nin 10 illiyi qeyd edilib

Parisdə Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyin təşkilatçılığı ilə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib.

 

APA-nın “AzərTAC”a istinadən verdiyi xəbərə görə, tədbiri açan vəkil Alen Tremolyer “Bakı Prosesi” haqqında məlumat verib və bu platformanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü bildirib.

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında deyib ki, bu il təkcə “Bakı Prosesi”nin 10 illiyi deyil, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Nazir ölkədə müxtəlif dinlərin nümayəndələrinin qədimdən sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq dünya ölkələrinin siyasi, mədəniyyət və dini liderlərini bir araya gətirdiyini vurğulayıb, bildirib ki, 2008-ci ildə Bakıda mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə prezident İlham Əliyev “Bakı Prosesi” təşəbbüsünü irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı “Bakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və 2011-ci ilin aprel ayında Bakıda ilk forum keçirilib. Həmin ildən etibarən hər iki ildən bir keçirilən Forumda ümumilikdə 160 ölkədən 6 min dövlət və hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və səfirlər, parlamentarlar, diplomatlar, QHT və media nümayəndələri, jurnalistlər, ekspertlər iştirak ediblər.

 

Ə. Qarayev bu il Azərbaycan hökumətinin digər mühüm beynəlxalq tədbiri -Bakı Beynəlxalq Humanitar Forumunu “Bakı Prosesi” ilə birləşdirmək qərarına gəldiyini söyləyib.

 

“Paytaxtımız Bakı şəhəri 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Universal sərgi dialoq, qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma ola bilər. Əgər bizə 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etmək imkanı verilərsə, biz ondan bütün xalqlara eyni imkanlar yaradan əsl universal tədbir olması və hər kəsin bəhrələnməsinə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfə verməsinə çalışacağıq”, - deyə nazir vurğulayıb.

 

Sonra BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas çıxış edərək “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb, onun mədəniyyətlərarası dialoq haqqında düşünən, dünyanın bütün ölkələrindən olan böyük şəxsiyyətləri birləşdirdiyini diqqətə çatdırıb.

 

“Bakı Prosesi”nin 10 illik yubiley tədbiri konsert proqramı ilə davam edib.

 

Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxinə dair fransız dilində nəşrləri, eləcə də milli və klassik musiqimizdən ibarət hazırladığı disklər tədbir iştirakçılarına hədiyyə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267