Prezident Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

 

Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək.

 

Sonra prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Dövlət başçısı görüşdə nitq söyləyib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində həmçinin “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub. Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib. Bildirilib ki, 104 yerlik hotelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Yeni hoteldə 50 nəfər işlə təmin ediləcək.

 

Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272