Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanmış tamaşanın rejissoru Qoça Kapanadzedir.

 

Q. Kapanadzenin dediyinə görə, tamaşa Gürcüstan və Azərbaycanda ilk respublikaların yaranmasının 100 illik yubileyinə həsr olunub və Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə hazırlanıb: "Tamaşada Azərbaycan musiqilərindən də istifadə olunub. Azərbaycan tərəfdən dəvət olarsa, tamaşa Bakıda da nümayiş etdiriləcək".

 

Rejissor qeyd edib ki, mayın 19-da tamaşa Gürcüstan parlamentində də göstəriləcək.

 

Premyerada Gürcüstanın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, “Əli və Nino” əsəri Gürcüstanda ilk dəfə səhnələşdirilib. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir. Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273