Türkiyədə azərbaycanlı yazarın pyesinin ilk tamaşası olub

turkiyede azerbaycanli yazarin pyesinin ilk tamasasi olub

İstanbulda Kərəm Yılmazər adına teatrda azərbaycanlı yazar Aygün Həsənoğlunun “Adsız qadın” pyesinin ilk tamaşası olub.

 

APA-nın məlumatına görə, İstanbulun Kadıköy rayonundakı Azərbaycan Mədəniyyət Evinin dəstəyi ilə hazırlanan tamaşanın başlamasından əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Evinin başqanı Hikmət Əlp bildirib ki, son günlərdə baş vermiş terror hadisələri “Adsız qadın” pyesinin mövzusunun daima aktual  olduğunu ortaya qoyub.

 

H. Əlp deyib ki, bu əsər bəşəri faciə olan soyqırıma, terrora, günahsız insanların, qadınların, qocaların, uşaqların  ölümünə qarşı sərt etiraz manifestidir: “Terrorun bizi zəif salmağa çalışdığı bu günlərdə mənəvi birliyimizə hər şeydən daha çox ehtiyac var. Bu əsərin bizə mənəvi dəstək verəcəyinə inanıram”.

 

“Adsız qadın” pyesində Xocalı soyqırımı əsas alınaraq müharibələrə, soyqırımlara, terrorizmə qarşı etiraz nümayiş etdirilib. Baş rolunu azərbaycanlı teatr aktrisası Kamalə Kamal Nəbibəyovanın oynadığı “Adsız qadın” pyesinin quruluşçu rejissoru Elçin İmanov APA- ya açıqlamasında bildirib ki, maddi sıxıntılara baxmayaraq, indiki dövrdə bu əsəri Türkiyədə səhnəyə qoymaqdan məmnundurlar.

 

Qeyd edək ki, rejissor E. İmanovun  avqustda İstanbulun Oda teatrında tamaşaya qoyduğu  yazıçı-dramaturq Firuz Mustafanın “Maneken” əsərində də Kamalə Kamal Nəbibəyova baş rolda oynayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ