Vaşinqtonda Rostropoviçin 90 illik yubileyi qeyd olunub

Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə ABŞ paytaxtının Con Kennedi İncəsənət Mərkəzində Azərbaycanda anadan olmuş maestro Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ABŞ Konqresinin üzvləri və nüfuzlu incəsənət xadimləri iştirak ediblər. 
 

ABŞ senatoru Riçard Luqar M. Rostropoviç sənətinə dərin hörmət hissi bəslədiyini, 1977-ci ildə M. Rostropoviç ABŞ Milli Simfonik Orkestrinin dirijoru kimi fəaliyyətə başlayan zaman özünün senator kimi Vaşinqtona işləməyə gəldiyini bildirib. 
 

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak isə M. Rostropoviçi gözəl musiqiçi kimi xarakterizə edib, dahi sənətkarın xatirəsini yaşatmaq üçün Rusiya və dünyanın bir sıra şəhərlərində, eləcə də Bakıda konsertlərin təşkil olunduğunu deyib.
 

Öz növbəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirin təşkil edilməsi ilə əlaqədar Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna təşəkkürünü bildirib. Səfir dahi sənətkar M. Rostropoviçin Azərbaycanda anadan olduğunu və sonra dünyanın müxtəlif ölkələrində işləyərək fərqli mədəniyyətləri bir-birinə bağladığını qeyd edib. E. Süleymanov bu günlərdə Bakıda M. Rostropoviçin şərəfinə 9-cu Beynəlxalq musiqi festivalının keçirildiyini vurğulayıb. Səfir sözügedən festivalın 2007-ci ildən başlayaraq Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə keçirildiyini diqqətə çatdırıb. 

 

Tahir Salahov Ev muzeyinin direktoru Səadət Mirzəyeva isə tanınmış rəssam Tahir Salahovun dahi musiqiçi M. Rostropoviçin uşaqlıq dostu olduğunu, 1998-ci ildə T. Salahovun M. Rostropoviçin şəklinin eskizini çəkdiyini bildirib. Sonra S. Mirzəyeva həmin eskizin surətini Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna hədiyyə edib və eskiz əsasında yaradılmış rəsm əsərinin Con Kennedi İncəsənət Mərkəzində M. Rostropoviçin 90 illik yubileyinin keçirildiyi zalın girişində nümayiş etdirildiyini qeyd edib.  
 

Sonra incəsənət xadimləri çıxış edərək M. Rostropoviçlə bağlı xatirələrini bölüşüblər və müxtəlif musiqi parçaları ifa ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ