® Pullman otelində Cavad Mircavadov və Rübabə Mircavadovanın sərgisi keçirilib

The M.O.S.T. jurnalının incəsənətə həsr olunmuş yeni buraxılışının təqdimatı 13 Mart tarixində Pullman Baku Otelində baş tutub.

 

Tədbir həm də dünya üzrə Pullman Brendinə məxsus otellərin incəsənətlə sıx bağlılıq yaratma məqsədini nümayiş etdirirdi. Bu imkan muzeyləri gəzməyə boş vaxtı olmayan Pullman qonaqlarına, otelin içində incəsənət nümunələri ilə tanış olma şansı bəxş etmək məqsədi ilə yaradılıb.

 

Adı çəkilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın ölkənin səfiri, böyük və orta ölçülü biznes sahibləri, rəssamlar, incəsənət xadimləri və The M.O.S.T. jurnalının partnyorları və dostları iştirak etmişdir. Tədbirdə Azərbaycanın istedadlı rəssamı, ölümündən sonra belə yaratdığı əsərləri qorunub saxlanılan Cavad MirCavadov və onun həyat yoldaşı Lyubov MirCavadovanın (Rubaba) şəxsi sərgisi də nümayişdə yerini almışdır.

 

Dünyanın bir çox qalereyalarında Cavad MirCavadovun yaratdığı əsərlərin bəziləri saxlanılmaqdadır. Cavad MirCavadova həm də həyat yoldaşının həyatına həsr olunmuş “Aitokua” kitabının müəllifidir. MirCavadova bu və digər incəsənət və ədəbiyyat dünyasında göstərdiyi təşəbbüslərinə görə Fransanın “Chevalier” rütbəsi ilə təltif olunmuşdur. Tədbirə lazımi dəstəyi Azərbaycanın ən böyük tədbir təşkiletmə şirkəti Amapola, yüksək nüfuzlu professional təşkilatçılar, kreativ mebel və ev bəzək əşyaları istehsal edən yerli şirkət “Çələbi”, Azərbaycanın ən məşhur şərab şirkətlərindən olan Savalan şərablarının yaradıcı ASPİ Şərabçılıq göstərmişdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272