“Bakı K-pop Festivalı - 2018” keçiriləcək

baki k pop festivali 2018 kecirilecek

Koreya Azərbaycandakı Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aprelin 28-də Bakı Musiqi Akademiyasında “Bakı K-pop Festivalı - 2018” keçirəcək.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək. 

 

“Bakı K-pop Festivalı’ artıq 4-cü ildir, keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıb.

 

Qeyd edək ki, festival Koreya səfirliyinin təşkilatçılığı, “‘Hansamo Azərbaycan”-ın dəstək və koordinatorluğu ilə keçirilir. “Hansamo Azərbaycan” (sədri Nuray Kərimova) mərkəzi Bakı olmaqla 2 mindən artıq üzvdən ibarət Koreyasevərlər Assosiasiyasıdır.

 

Qeyd edək ki, festivalda iştirak ödənişsiz olmaqla, tədbirin keçiriləcəyi salona ilk gələn 650 nəfərə hədiyyə qazanmaq şansı verən nömrəli biletlər təqdim olunacaq. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267