Bolqarıstanın Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub

Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı foto-sərgi təşkil olunub və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib.

 

APA-nın xəbərinə görə, tədbirin açılışında Mədəniyyət Mərkəzinin rəhbəri L. Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək səfirliyə təşəkkürünü bildirib. Burqas şəhər merinin müavini Y. Ananieva Burqasda Azərbaycan mədəniyyəti  gecəsinin təşkilini şəhərin mədəni təqvimində mühüm hadisə olduğunu, mədəni körpülərin çox güclü olduğunu və məhz bu amilin iki xalq arasında münasibətlərin daha gücləndirilməsinə imkan yaradacağına əminliyini bildirib.

 

Gecədə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri N. Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik respublika - AXC-nin 100 illik yubileyi ilə əlaqədar olduğunu söyləyib. Səfir bu əlamətdar yubileyin qeyd edilməsi üçün Bolqarıstanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyi barədə məlumat verib.

 

Daha sonra “Əli və Nino” filmi barədə danışan N. Qurbanova 120 yaşlı Azərbaycan kinematoqrafiyasının parlaq nümunələrindən olan bu filmin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğunu qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273