Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə təşkil edilən Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan Dillər Universitetində təşkil olunmuş mərasimdə Meksika ve Peru ölkələrinə məxsus filmlər nümayiş edilib.

 

Tədbiri giriş sözü ilə açan ADU-nun rektor məsləhətçisi Anar Osmanlı festivalın əhəmiyyətindən danışıb.

 

Daha sonra ise Meksikanın ölkəmizdəki səfiri  Xuan Rodrigo Labardini Flores çıxış edərək iştirakçılara film haqqında qısa məlumat verib.

 

Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili  Luis Çanq Boldrinini çıxışında belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.  

 

Qeyd edək ki,  Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunub.

 

Festival çərçivəsində Latın Amerikası ölkələrinə məxsus 7 film nümayiş göstərilib.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267