Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, ordenlərin verilməsi ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mükafatlandırma mərasimində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev əvvəlcə bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladaraq ümummilli liderin həyatı, fəaliyyəti haqqında danışıb.

 

Ə.Qarayev bildirib ki, hər hansı bir sahənin inkişafı haqqında danışanda mütləq Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr qeyd edilməlidir.

 

Yenidən nazir təyin olunduğu üçün prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirən Ə.Qarayev bunun böyük bir məsuliyyət olduğunu vurğulayıb.

 

Ə.Qarayev deyib ki, Heydər Əliyevin doğum günündə Azərbaycan mədəniyyət və incəsənəti üçün töhfələr vermiş insanları mükafatlandırmaq mühüm bir addımdır: “Bu gün prezident tərəfindən mədəniyyət və incəsənət xadimlərinə verilən qiymət  Azərbaycan mədəniyyətinə  göstərilən diqqət, qayğıdır. Artıq Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq beynəlxalq səviyyədə  tanınır".

 

Ə.Qarayev nazir kimi bütün mədəniyyət işçilərinə dəstək olacağına dair söz verib: "Azərbaycan  xalqının mədəniyyətini qoruyaraq gələcək nəsillərimizə ötürəcəyik, bu işdə hər kəsə uğurlar  arzulayıram".

 

Daha sonra isə mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267