Qazaxıstan Xoreoqrafiya Akademiyası Bakıda qala-konsertlə çıxış edəcək

qazaxistan xoreoqrafiya akademiyasi bakida qala konsertle cixis edecek

Bu il Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illiyi çərçivəsində Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələri Bakıda qala-konsertlə çıxış edəcəklər.

 

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası tərəfindən ilk qala-konsertə həsr edilmiş brifinqdə deyilib. Bildirilib ki, konsert proqramı çərçivəsində tələbələrin repertuarında klassik balet rəqsləri, müasir qazax xoreoqrafiyası, milli və xarici xoreoqrafların ifasında əsərlər nümayiş etdiriləcək.

 

Brifinqdə qeyd edilib ki, bu qala-konsert ilk dəfə keçirilir və konsertin Bakıda təşkil edilməsinə təsadüfi qərar verilməyib. Akademiya nümayəndəsi bildirib ki, Qazaxıstan və Azərbaycanı ortaq türk kökləri, ümumi mədəniyyət, ümumi mənəvi irs birləşdirir. Buna görə də Qazaxıstan və Azərbaycan hər iki xalqın və ölkənin xeyrinə tərəfdaşlıq və qarşılıqlı faydalı əlaqələri gücləndirməyə çalışır.

 

Qeyd edək ki, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası Mərkəzi Asiyadakı çoxsəviyyəli peşəkar xoreoqrafik təhsilin verildiyi ilk ali təhsil müəssisəsidir. İki il bundan əvvəl Akademiyanın formalaşması zamanı Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq sazişi imzalanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267