Şabranda Kür-Araz mədəniyyətinə aid olan nadir tikili qalığı tapılıb

sabranda kur araz medeniyyetine aid olan nadir tikili qaligi tapilib

Şabran rayonunun Aygünlü kəni ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil olan Çaqqallıqtəpə I yaşayış yerində bu il aparılan qazıntılar zamanı maraqlı arxeoloji  məlumatlar  əldə olunub.

 

Bu barədə APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şabran arxeoloji ekspedisiyasının üzvü Sevinc Hüseynova məlumat verib. O bildirib ki, arxeoloji qazıntılar bir aydır davam edir və qazıntılar nəticəsində dairəvi formalı, Kür-Araz dövrünə aid tikili qalığı tapılıb. “Hansı ki, 4 düzümdən ibarət kərpiclər üst-üstə qalıb. Bu cür evin qalması həmin dövr üçün çox nadir tapıntıdır. Eyni zamanda Kür-Araz dövrü üçün xarakterik olan manqal da aşkarlanıb. Digər Kür-Araz abidlərində də xarakterikdir” deyə S. Hüseynova əlavə edib.

 O həmçinin ərazidən mərmərdən düzəldilən muncuq formalı əsa başı, Asiya abidələri üçün xarakterik olan 3 qulpdan ibarət saxsı qab, sümükdən və absidyandan tapılan ox ucluqları, əmək alətləri, sapand daşları, sürtgəclər tapıldığını deyib.

Qeyd edək ki, Çaqqallıqtəpə abidələr kompleksi ilk Tunc dövrünə aiddir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267