Tiflisdə “Türkyə-Gürcüstan Bektaşi mədəniyyəti və ozanlar simpoziumu” keçirilir

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında iki günlük “Türkiyə-Gürcüstan Bektaşi mədəniyyəti və ozanlar simpoziumu” başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin birinci yığıncağında Türkiyənin Gürcüstandakı səfiri, TİKA rəhbərliyi, 10 dövlətdən olan alimlər, sənətçilər, jurnalistlər iştirak edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir TİKA-nın Gürcüstan nümayəndəliyinin, Hacı Bektaşi Mədəniyyət  Dərnəyinin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri Ukrayna-Gürcüstan Beynəlxalq Universitetin rektorunun müavini, filologiya üzrə fəlsəfə doktoru  Mahmud Kamaloğlu açıq elan edərək, ilk dəfə olaraq Gürcüstanda Bektaşi mədəniyyəti və ozanlarına həsr edilən simpoziumun keçirildiyini bildirib. O, qeyd edib ki, tədbirdə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Dağıstan, Şimali Qafqazın Qaraçay-Çərkəz, Kabardin-Balkar bölgələrindən gələn elm adamları iştirak edir.

Tədbirdə Azərbaycanı AMEA-nın Arxeoloji və Etnoqrafiya,  Folklor institutlarının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, AMEA-nın İnstitutunun və digər elm ocaqlarının alimləri təmsil edir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267