Xalq artisti Ağaxan Abdullayev dəfn edilib

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başa çatıb.

 

APA-nın xəbərinə görə, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

 

Qeyd edək, mərhum sənətkarla vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

 

Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub.  2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272