Xalq artisti, dirijor Nəriman Əzimov Gəncədə dəfn olunub

Azərbaycanın xalq artisti, dirijor Nəriman Əzimov Gəncədə dəfn edilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, onunla vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil olunub. Mərasimdə şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev çıxış edərək Nəriman Əzimovun həyat və yaradıcılığından danışıblar.

 

Xalq artisti Fikrət Verdiyev bildirib ki, uzun illər Nəriman Əzimovla dost olub. Onun 40 ildən artıq dahi Üzeyir Hacıbəyovun yolunu davam etdirdiyini deyən F. Verdiyev Nəriman Əzimovun Gəncənin mədəniyyət həyatı üçün böyük işlər gördüyünü, bu şəhərdə ansambl yaratdığını söyləyib. Digər çıxış edənlər Nəriman Əzimovla bağlı xatirələrini danışıblar. Övladları Nadir və Namiq Əzimovlar atalarının xatirəsini əziz tutduqlarına görə ictimaiyyət nümayəndələrinə və İcra hakimiyyəti aparatına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş. 

 

Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.  

 

Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

 

Mərhum vəsiyyətinə uyğun olaraq Gəncənin Səbsikar qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267