Azərbaycan Maliyyə Nazirliyinin aksiz markalarının çap olunmasına dair tenderin qalibi müəyyənləşib

Azərbaycan Maliyyə Nazirliyinin aksiz markalarının çap olunmasına dair tenderin qalibi müəyyənləşib
# 15 dekabr 2009 15:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının çap olunmasına dair keçirilən tenderin qalibi müəyyənləşib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tenderdə Almaniyanın «Qizike and Devrient», Litvanın «Qarsu Pasaulis», «Ukmerqes Spaustuve» və Estoniyanın «Vaba-Maa» şirkətləri iştirak edib.

Tender komissiyasının cari ilin noyabrın 24-də qərarı ilə ən aşağı maliyyə təklifi vermiş Litvanın «Qarsu Pasaulis» şirkəti tenderin qalibi elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR