Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Komissiya yaradılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Komissiya yaradılıb
# 25 may 2010 16:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə İqtisadi İnkişaf Nazirliyində Komissiya yaradılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Komissiyanın tərkibində nazirliyin əlaqədar qurumlarının nümayəndələrindən ibarət işçi qruplar fəaliyyət göstərir. İşçi qruplar təsərrüfat subyektlərinin, sahibkarların problemlərinin öyrənilməsi üçün mütəmadi olaraq təbii fəlakət zonasında olacaq, müvafiq məlumatları müntəzəm olaraq Komissiyaya təqdim edəcək.

Komissiya həmçinin təbii fəlakət bölgələrinin iqtisadiyyatının bərpası və yenidən qurulması, təsərrüfat subyektlərinin, sahibkarların problemlərinin həlli üçün müvafiq təkliflər hazırlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR