«BakuTel 2011» sərgisində gənc İKT mütəxəssisləri üçün yeni layihəyə start veriləcək

«BakuTel 2011» sərgisində gənc İKT mütəxəssisləri üçün yeni layihəyə start veriləcək
# 27 oktyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 23-26-də Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı («BakuTel 2011») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində ilk dəfə olaraq, «Smart Zone» («İntellektual ərazi») layihəsi start götürəcək. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərə İKT sahəsinə aid olan layihə və proqramları nümayiş etdirməkdir. Bazarda uzun müddət və uğurla fəaliyyət göstərən aparıcı telekommunikasiya şirkətləri ilə eyni sərgi meydançasında iştirak etməklə, möhtəşəm ideyaların gənc müəllifləri diqqəti öz yeni layihələrinə yönəltmək, onları həyata keçirmək və sürətlə inkişaf edən İKT sahəsində tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.

Qeyd edək ki, «Smart Zone» layihəsində iştirak etmək istəyənlər noyabr 7-dək sərginin veb-saytına (www.bakutel.az/smartzone) daxil olaraq anket doldurmalıdır. Seçilmiş layihələrin/proqramların müəllifləri noyabrın 7-14-də müsahibəyə dəvət olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR