Estoniya «BakuTel-2011» beynəlxalq sərgisində İKT sahəsində nailiyyətlərini nümayiş etdirəcək

Estoniya «BakuTel-2011» beynəlxalq sərgisində İKT sahəsində nailiyyətlərini nümayiş etdirəcək
# 16 noyabr 2011 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 23-26-da Bakıda keçiriləcək «BakuTel-2011» beynəlxalq sərgisində Estoniya İKT sahəsində nailiyyətlərini nümayiş etdirəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «BakuTel-2011» çərçivəsində öz stendini təqdim edəcək Estoniya ziyarətçilərə elektron hökumət sahəsində nailiyyətlərini, dövlət və kommersiya strukturları tərəfindən göstərilən elektron xidmətlər, kibertəhlükəsizlik sahəsində texnologiya və sistemlər, ID-kartlar və mobil rabitə telefonlarında «Mobile-ID»nin köməyi ilə elektron eyniləşdirmə və rəqəmsal imza vasitələrini nümayiş etdirəcək.

Stenddə Estoniyanın dövlət portalı, həmçinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq çərçivəsində «B.EST Solutions» tərəfindən hazırlanmış və elektron hökumət dövlət informasiya sistemi (EHDİS) layihəsi haqqında videofilm nümayiş olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR