Prokuror Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanılan şəxslərə cəza istəyib

Prokuror Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanılan şəxslərə cəza istəyib
# 02 dekabr 2011 14:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nərimanov rayon Məhkəməsində mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Çingiz Novruzov, Taleh Əkbərov və Məmməd Əsgərovun 5 il, Toğrul İsgəndərovun isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müdafiə etdikləri şəxslərin əsassız ittihamlarla həbs olunduqlarını bildiriblər.
Proses dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, mayın 6-da keçirilən aksiya ilə bağlı bir neçə nəfər həbs olunub. Onlardan bəziləri barəsində məhkəmənin hökmü elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR