Böyük Britaniya səfiri Dominik Çilkott məlum hadisələrdə İran rəhbərliyinin əli olduğunu açıqlayıb

Böyük Britaniya səfiri Dominik Çilkott məlum hadisələrdə İran rəhbərliyinin əli olduğunu açıqlayıb
# 02 dekabr 2011 22:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bir neçə gün əvvəl İrandan xaric edilmiş Böyük Britaniya səfiri Dominik Çilkott ölkəsinin diplomatik korpusuna hücuma münasibət bildirib. APA-nın məlumatına görə, britaniyalı diplomat deyib ki, səfirliyə hücum və qarət İran hökumətinin təşəbbüsü ilə baş verib: “İranın başında ali dini lider, ayətullah Seyid Əli Xamneyi durur. Hakimiyyət daxilində isə mübarizə gedir. Hətta bəzi şəxslər ali dini liderə yaltaqlanmaqla ona etimad göstərdiklərini və inqilaba sadiq olduqlarını göstərməyə çalışırlar. Bu ölkədə heç bir kəs hansısa dövlətin səfirliyinə hücuma cürət edə bilməz. Bu hərəkət yalnız hökumətin razılığı və dəstəyi ilə baş verib. Əvvəllər də İran mətbuatı Böyük Britaniya səfirliyinin qarşısında aksiya keçirən kütləyə dəstək olmuşdu”. Dominik Çilkott bildirib ki, aksiya iştirakçıları onlara qarşı sərt davranıblar: «Hətta girov götürdükləri 7 britaniyalı diplomata çox kobud rəftar ediblər. Hər halda İran Böyük Britaniyanın məsələyə bu qədər həssaslıqla yanaşacağını və belə reaksiya verəcəyini gözləmirdi».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR