Kərkükdə 4 partlayış baş verib

Kərkükdə 4 partlayış baş verib
# 03 dekabr 2011 01:57 (UTC +04:00)
Bakı-APA. İraqın Kərkük şəhərində bir-birinin ardınca dörd bombanın partlaması nəticəsində 15 nəfər yaralanıb.

Kərkük polis rəisi Camal Tahir Anadolu Agentliyinə yerli vaxtla 20.30-da yol kənarına yerləşdirilən ilk bombanın partladığını, polislərin hadisə yerinə gəlməsindən sonra məsafədən idarəetməylə daha 3 bombanın partladıldığını bildirib. Nəticədə 15 nəfər polis və mülki şəxs yaralanıb.

Polis rəisi bəzi yaralıların vəziyyətinin ağır olduğunu əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR