Azərbaycan paytaxtının “Google” şəbəkəsində virtual saytı istifadəyə verilib

Azərbaycan paytaxtının “Google” şəbəkəsində virtual saytı istifadəyə verilib
# 06 yanvar 2012 11:04 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “Google map” üzərindən Bakının 3D formatda virtual gəzintisini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilib.

APA-Economics”in xəbərinə görə, saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir.

Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu, öz növbəsində Azərbaycanda turizmin inkişafında xüsusi rol oynamasına imkan verəcək. Sayt kataloq xarakter daşıyır. Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.

Saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri “Google”nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerlərin 3D panoramasını görəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR